Hərbçilər Maduroya sədaqət andı içiblər | VİDEO

Hərbçilər Maduroya sədaqət andı içiblər    | VİDEO
  30 Avqust 2025    Oxunub:858
ABŞ Hərbi Dəniz qüvvələrinin böyük zərbə qrupunun ölkə sahillərinə yerləşdirilməsi fonunda Venesuela hərbçiləri növbəti dəfə prezident Nikolas Maduroya sədaqət andı içiblər.
AzVision.az xəbər verir ki, analitiklərin fikrincə, ABŞ Maduronu devirmək və fiziki şəkildə ələ keçirməyi planlaşdırır.

“Bu məqsədlə əməliyyat keçirmək üçün Vaşinqton bölgədə “Tomaqavk” raketləri ilə silahlanmış üç esmines, idarə olunan raket kreyseri və hücum sualtı qayığı, habelə 2200 dəniz piyadası cəmləşdirib”, - son açıqlamalarda deyilir.

Hadisələrin mümkün inkişafı artıq “Panama ssenarisi” adlandırılır. Xatırladaq ki, 1989-cu ildə Amerikanın Panamaya hərbi müdaxiləsi bu ölkənin prezidenti Manuel Noryeqanın tutulması ilə nəticələnmişdi.



Sahil İsgəndərov
AzVision.az


Teqlər: Madoru   hərbçilər   and  



Xəbər lenti